Dünya

Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır

Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdədövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.

O bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.

“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdəLivanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib. (APA)

NE
Nihadə Eyyubova