Azərbaycan Ordusunun Baş Qərargah rəisi Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədəDemokrat.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiyada səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Məlumata görə, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.






