Sosial

Babək prospekti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Babək prospekti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bu gecə Babək prospektində rənglənmə işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyidən Demokrat.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarınadək Babək prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

D
demokrat.az