Bu dəfə yalana yenilən Sant Hilari Sacalm şəhəri oldu.
İspaniyanın Kataloniya Muxtar Vilayətindəki Sant Hilari Sacalm şəhəri erməni soyqırımını tanıyıb.
Demokrat.az erməni mənbələrinə istinadən xəbər verir ki, soyqıırmının tanınması ilə bağlı layihə şəhər məclisinə Ararat Erməni Birliy tərəfindən təqdim edilib və qəbul olunub. Bununla da Avropanın daha bir şəhəri erməni yalanı qarşısında ağ bayraq qaldırıb.
Xatırladaq ki, qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr aşağıdakılardır:
Fransa, İtaliya, Belçika, Hollandiya, İsveçrə, İsveç, Rusiya, Polşa, Litva, Yunanıstan, Slovakiya, Kipr, Livan, Uruqvay, Paraqvay, Argentina, Venesuela, Çili, Boliviya, Kanada, Vatikan, Avstriya, Lüksemburq, Almaniya, Braziliya, Danimarka, Çexiya, Yeni Cənubi Uels, Avstraliya, ABŞ-ın 50 ştatından 49-u. (Moderator.az)


