Şou-biznes

"Alaq otları o qədərdir ki, güllər görsənmir" — Mehin

Alaq otları o qədərdir ki, güllər görsənmir — Mehin

Müğənni Mehin Hümbətova sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçi xaricdə yaşayıb-yaşamamaq bağlı suala "Vətənimi çox sevirəm. Milli və ailə dəyərlərimizə bağlı insanam. Başqa ölkədə mülk olsa belə, ömrümü orada yaşaya bilmərəm" cavabını verib.

Mehin şou-biznesdəki gənc ifaçılardan yazaraq "Səhnəmizdə kifayət qədər gənc, istedadlı və bir-birindən fərqli janrda ifa edən ifaçılar var. Sadəcə, alaq otları o qədər çoxdur ki, gül-çiçəklər görsənmir" sözlərini əlavə edib.

Açıq geyimlərini tənqid edən izləyicinin sualına Hümbətova "Hər yerin öz geyimi var. Hər zaman məkana və çıxışa uyğun geyinirəm" cavabını verib.

NE
Nihadə Eyyubova