Gündəm Özəl

İranlı general İsrailə “ölümcül" zərbə endirmək planlarını açıqlayıb

İranlı general İsrailə “ölümcül zərbə endirmək planlarını açıqlayıb

İran gizli imkanlarından istifadə edəcək vəİsrailə qarşı “ölümcül cavab zərbəsi” endirəcək.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu İranın general-mayoru, hərbiləşdirilmiş Bəsic milislərinin komandiri Qulamrza Süleymani deyib.

General bildirib ki, İsrail hesablamalarında səhv edib, lakin İran bu səhvi düzəldəcək və ona güclü zərbə vuracaq.

İranın gələn çərşənbə axşamı, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İsrailin zərbəsinə cavab verəcəyi bildirilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova