"Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındabaş verən yanğınlaəlaqədar həmin binada yerləşən Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək".
Demokrat.az xəbər verir ki, bunuOxu.Az-a açıqlamasında DOST Agentliyinin sözçüsüŞahin Əliyevdeyib.
O qeyd edib ki, bu, mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.
"Qeyd edək ki, hadisə axşam saatlarında, DOST mərkəzinin fəaliyyət göstərmədiyi vaxt baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə Ş.Əliyev vurğulayıb.


