Alimlərdepressiyadan çıxmaq üçün yeni cihaz hazırlayıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki,alimlərin evdə istifadə üçün hazırladığı cihazın dərman və müalicəyə cavab verməyən depressiya vəziyyətlərində təsirli ola biləcəyi müəyyən edilib.
Üzgüçülük papağı"na bənzər cihazın depressiyaya təsiri qiymətləndirilib və cihaz ağır depressiya diaqnozu qoyulan 174 nəfər üzərində sınaqdan keçirilib.
Uzaqdan aparılan klinik araşdırma çərçivəsində iştirakçılar iki ayrı qrupa bölünüb.Müalicə qrupunda olanlar cihazdan ilk 3 həftədə 5 dəfə, sonrakı 7 həftədə isə həftədə 3 dəfə olmaqla 30 dəqiqəlik seanslarda istifadə ediblər.Nəzarət qrupundakı xəstələr seansın əvvəlində yalnız qısa bir cərəyan impulsu verən və eyni stimullaşdırma hissini təqlid edən qulaqlıq taxıblar.
Aparılan araşdırmalar nəticəsində inkişaf etdirilən cihazdan istifadə edən iştirakçıların depressiya əlamətlərinin nəzarət qrupu ilə müqayisədə təxminən 58 faiz azaldığı qeyd edilib.
Alimlərbu cihazın depressiya üçün standart müalicə üsullarına və psixoterapiyaya cavab verməyən insanların üçdə birindən çoxu üçün təməlqoyma ola biləcəyini bildirib.
Jalə Demokrat.az


