Media

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini başa çatdırıb.

Demokrat.az xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilib.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfər edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoruAqil Ələsgər,Azərbaycan Milli Məclisinin deputatıNaqif Həmzəyev,Azərbaycan Gənclər Fondunun nümayəndələriEmil YusifovvəZaur Osmanov, “Vətəninfo” saytının baş redaktoruNahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələriNahib BədəlovvəFamil Məmmədovsəfərin ilk günü ulu öndərHeydər ƏliyevinDaşkənddəki abidəsini ziyarət edib, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiriHüseyn Quliyevilə görüşüblər.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Səmimi şəraitdə keçən görüşdəH.Quliyevforumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Səfər zamanı nümayəndə heyətiÖzbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəziniziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəziNadir Əlimirzəyevqonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Daha sonra Özbəkistan Həmkarlar İttifaqındaXusen Ermatovuntəşkilatçılığı ilə Özbəkistanın media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş baş tutub. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Forumdan öncə iştirakçılarÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzininlayihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairiMəhəmməd Füzulininadını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Səfərin ikinci günü Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəHeydər Əliyev adına Mədəniyyət Mərkəzininbirgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Forumda çıxış edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoruAqil Ələsgərlayihənin gerçəkləşdirmə məqsədinin 2024-cü ilin Azərbaycan Prezidentiİlham Əliyevtərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiriHüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatıNaqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatıGülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisiEmil Yusifovvə Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiriMəhfuzə Artıkovaçıxış edərək, Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Daha sonra COP29 ilə bağlı “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin hazırladığı qısa videoçarx nümayiş olunub.

Forumdan sonra Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professorNurbay Cabbarovunmoderatorluğu ilə keçirilən “Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsiZaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədriElyar Narpolatov,Qarabağ qazisi, jurnalistNahid Canbaxışlıvə Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoruFamil Məmmədovforumdan irəli gələn mövzuları müzakirə ediblər.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Forum öz işini “Yaşıl dünya naminə” sərgi ilə davam etdirib. 17 oktyabrda açılan sərgi iki gün davam edib.

Forum çərçivəsində Daşkənddə olan heyət Özbəkistan Jurnalistlər İttifaqında sədrXolmurad Salimovtərəfindən qəbul edilib, hər iki ölkənin media və vətəndaş cəmiyyəti arasındakı münasibətlərdən danışılıb.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Jurnalistlər İttifaqındakı görüşdən sonra Özbəkistan Gənclər İdarəsinin rəsmiləri və Daşkənd Beynəlxalq Vestminster Universitetinin rektoruKamiljon Karimovilə görüşən nümayəndə heyətini Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşlarıYusif MəmmədovvəVüqar Mirzəyevmüşayiət edib. Hər iki görüşdə Azərbaycan-Özbəkistan gənclərinin ortaq fəaliyyəti müzakirə olunub.

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR
Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı — FOTOLAR

NE
Nihadə Eyyubova