Sosial

Bakının hansı küçələrində sıxlıq var?

Bakının hansı küçələrində sıxlıq var?

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Demokrat.azxəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;

2. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;

3. Babək prospekti, mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

6. Mikayıl Hüseynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;

13. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

NE
Nihadə Eyyubova