Şou-biznes

Azərbaycanlı müğənni Nyu-Yorkda görün kimin evini axtarırmış

Azərbaycanlı müğənni Nyu-Yorkda görün kimin evini axtarırmış

Müğənni Rüfət Axundov müğənnilərin geyimlərinin müzakirə edilməsindən danışıb.

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində Hollivud ulduzu Robert de Niroya pərəstiş etdiyini bildirib:

"Müğənnilərin həyatı maraqlıdır. Məşhurların həyatı, nə geyinir mənə də maraqlıdır. Roberto de Nironun tərzini bəyənirəm. Hətta Nyu-Yorkda gedib onun harada qaldığını, onu necə görə biləcəyimi soruşurdum. Ronaldonun saatlarını sevirəm. Onu izləyirəm. Bizdə də insanlar kiməsə pərəstiş edirsə normaldır".

NE
Nihadə Eyyubova