Şou-biznes

Kübra Əliyeva ilk dəfə gəlini ilə efirdə — FOTO

Kübra Əliyeva ilk dəfə gəlini ilə efirdə — FOTO

Əməkdar artist Kübra Əliyeva ilk dəfə efirə gəlini ilə çıxıb.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə "Elgizlə izlə" proqramına qatılıblar. K.Əliyeva onun vəfat edən oğluRauf Məmmədovun xanımı olduğunu bildirib.

Aktrisa bu günlərdə nəvəsi Ağəlini əsgərliyə yola salmasından da bəhs edib.

"9 ildir oğlum vəfat edib. Nazlı ilə bir dəfə aramızda söz olmayıb. 9 ildir bir balanı birlikdə böyütmüşük. İndi gəlinim Türkiyədə yaşayır. Orada ona ev də almışam" deyə, K.Əliyeva söyləyib.

NE
Nihadə Eyyubova