Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.
O, öz fikrini Feysbuk səhifəsində paylaşıb.
“Daha bir doğru təyinat. Gündüz mənim zamanımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib. (Axar.az)


