Gündəm Özəl

"Cəza mexanizmində hər hansı problem görmürəm, əsas məsələ..." — AÇIQLAMA

Cəza mexanizmində hər hansı problem görmürəm, əsas məsələ... — AÇIQLAMA

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qəsdən adam öldürməyə görə kifayət qədər sərt cəzalar nəzərdə tutulub. 120.2.4 -cü maddəyə əsasən, xüsusi amansızlıqla adam öldürmək, iki və daha çox şəxsi öldürmək 14 ildən 24 ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnir. Cəzalar kifayət qədər ağırdır. Cəzanın məqsədi cinayətkarı islah etməkdir. Qisas almaq deyil. Ona görə də cəza mexanizmində hər hansı problem görmürəm".

Bu fikirləri Demokrat.az-a vəkil Turan Abdullazadə qəsdənadam öldürməyə görə tətbiq olunan cəzalar barədə danışarkən deyib.

"Əsas məsələ psixoloji problemlərdir. Valideynlərin problemli uşaqlarını kiçik yaşlarda cəmiyyətdən gizlətməsi pis nəticələr doğurur. Ailəsini qətlə yetirən Əhməd buna nümunədir. Psixoloji problemi olduğu halda ailəsi bunu cəmiyyətdən gizlətmişdi. Bu kimi hadisələrin baş verməsinə qanunvericilikdə boşluqların olması səbəb yaratmaz.Tarixə nəzər saldıqda görürük ki, vaxtı ilə məşhur olan bəzi qəddar şəxslərin ailələri ilə bağlı problemləri olub. Onlar psixoloji və fiziki şiddətə məruz qalıblar. Seriyalı qatillərin uşaqikən valideynləri tərəfindən döyüldüyü, təhqir edildiyi hətta cinsi zorakılığa məruz qalmağı bilinən haldır. Bu tip şəxslər cinayət törətməyə meyilli olurlar. Psixoloji problemləri olan insanların cinayətə meyilli olması da mütəxəssislər tərəfindən gəlinən ümumi nəticədir".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova