Şou-biznes

Kərim onların həbsini istəmir

Kərim onların həbsini istəmir

Xəbər verdiyimiz kimi,müğənni Kərim Abbasov qatıldığı toy məclisində fonoqram oxuduğu üçün döyülüb.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirib. O, bunun səbəbini isə belə izah edib:

"Hazırda işimiz prokurorluqdadır. Qanun nəyi tələb edirsə, o da olsun. Onlarıbağışlamağa da hazıram. İnsanlıq halıdır, içkili olub. Onlarında ailəsi, övladı, gözləyəni var. Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatımqırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onlarınhəbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".

NE
Nihadə Eyyubova