Azərbaycanda məmur əməliyyatdan sonra həyatını itirdi - FOTO

HADİSƏ 17 okt 2019, 14:34

Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyatdan sonra ölüb.


Demokrat.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, rayonun Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb. R. Rüstəmovun ayağı iki yerdən sınıb.


O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda məmur əməliyyatdan sonra öldü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top