Şou-biznes

Xalq artistinə yeni vəzifə verildi

Xalq artistinə yeni vəzifə verildi

Xalq artisti Şəfiqə Məmmədovaya yeni vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, aktrisa Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi təyin olunub.

Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib.

Bundan əlavə iclasda AKİ-yə yeni üzvlər də qəbul edilib. Həmçinin Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarob icraçı katib təyin olunub.

Katiblər: Rzayev Anar Rəsul oğlu Bədəlov Nadir Xadmətulla oğlu Əli Akif Əli oğlu Əliyev Tahir Cabbar oğlu Hüseynova Türkan Siyasət qızı Mustafayev Vaqif Behbud oğlu Mənsimov Baba Vəzir oğlu Mirzəyev Ramiz Həsənağa oğlu Ömərova Həmidə Məmməd qızı Səfərəliyev Oleq Mirzəağa oğlu Səlimli Mirbala Seyidəsgər oğlu Şıxlinski Ziya Ənvər oğlu

NE
Nihadə Eyyubova