Dünya Özəl

Bu ölkələr İsrailə qarşı çıxdı — BƏYANAT

Bu ölkələr İsrailə qarşı çıxdı — BƏYANAT

İsrailin Livana qarşı addımları regionu genişmiqyaslı müharibəyə sövq edir.

Demokrat.az xəbər verir ki, bu barədə Misir, İraq və İordaniya XİN başçılarının Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən bəyanatda qeyd olunub.

“Vəziyyətin pisləşməsinə görə bütün məsuliyyəti İsrail daşıyır”, - deyə bildirilib.

XİN rəhbərləri İsrailin Livan ərazisinə zərbələrini pisləyərək, bunun, regionu genişmiqyaslı müharibəyə sövq etdiyini, İsrail Qəzza zolağına təcavüzünü dayandırarsa, eskalasiyanın da dayanacağını vurğulayıblar.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova