Dünya

Rusiya səfirinin korteji minaya düşdü

Rusiya səfirinin korteji minaya düşdü

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.

Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.

NE
Nihadə Eyyubova