Dünya

ABŞ Kəşfiyyat İdarəsi Azərbaycanda ölüm və doğum göstəricilərini açıqlayıb

ABŞ Kəşfiyyat İdarəsi Azərbaycanda ölüm və doğum göstəricilərini açıqlayıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb.

Azərbaycanölümsəviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm),doğumsəviyyəsinə görə isə 161-ci yerdə (hər 1000 nəfərə 11,2 doğum) olub.

Ermənistanhər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci yerdədir. Doğum səviyyəsinə görə Ermənistan 177-ci yerdədir (hər 1000 nəfərə 10,5 doğum).

Gürcüstanölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci yerdədir (hər 1000 nəfərə 12 doğum)

Türkiyəölüm nisbətinə görə 151-ci yerdədir (hər 1000 nəfərə 6,1 ölüm), doğum səviyyəsinə görə isə 122 (hər 1000 nəfərə 13,8 doğum)

İranölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğum səviyyəsinə görə isə 119-cu yerdədir (hər 1000 nəfərə 14,3 doğum).

Rusiyaölüm nisbətinə görə 9-cu yerdədir (1000 nəfərə 14 ölüm), doğum nisbətində – 209 (1000 nəfərə 8,4 doğum).

Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğum səviyyəsi (hər 1000 nəfərə 6)Ukraynadaqeydə alınıb.(azpost.info)

NE
Nihadə Eyyubova