Perunun 15 ildən artıq həbsdə olan keçmiş dövlət başçısı Alberto Fuximori vəfat edib.
Demokrat.az-ın məlumatına görə, bu barədə onun qızı Keyko Fuximori məlumat verib.
“Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə dünyasını dəyişib”, - deyə o qeyd edib.
Xatırladaq ki, 2009-cu ildə Fuximori insan hüquqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, həmçinin, onun 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada doqquz tələbənin və bir universitet müəlliminin qaçırılaraq öldürülməsində iştirakını sübuta yetirib.


