Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində 300-ə yaxın məktəbli zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.
Demokrat.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.
Qeyd edək ki, bundan əvvəl 141 uşağın zəhərləndiyi bildirilirdi.


