Dünya Özəl

Sərnişin təyyarəsi Ərzurumda təcili eniş etdi

Sərnişin təyyarəsi Ərzurumda təcili eniş etdi

Mumbay-Münhen marşrutu üzrə uçan Hindistanın “Vistara” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum hava limanına təcili eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, buna səbəb təyyarənin göyərtəsinə bomba qoyulması ilə bağlı yayılan xəbər olub.

Bildirilir ki, pilotun tələbi ilə bütün sərnişinlər təyyarədən endirilib. Hazırda təyyarədə araşdırma aparılır.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova