Dünya

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

“İsrailli girovların qətli araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”.

Demokrat.azxəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk bildirib.

Ali komissar müstəqil, qərəzsiz və şəffaf istintaqa və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb:

“Fələstin silahlı qruplarının altı israilli girovu birdəfəlik edam etməsi xəbərləri bizi dəhşətə gətirir ki, bu da müharibə cinayəti ola bilər”.

NE
Nihadə Eyyubova