Bu ilin ilk8ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınında əhəmiyyətli artım müşahidə olunub.
Demokrat.azBakı aeroportuna istinadən xəbər verir ki, yanvar-avqust aylarında5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə33,2% çoxdur. Ötən ilin8ayında xidmət göstərilən sərnişinlərin sayı3,781 milyonnəfər təşkil edib.
Bu ilin avqustu hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını827 minnəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə23% artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən26 700sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, bu artım Bakı aeroportunun infrastrukturunun genişləndirilməsi və sərnişinlərə daha çox reys və istiqamətlərin təklif olunmasının nəticəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq yüksək səviyyəli xidmətin və sərnişinlər üçün rahatlığın təmin edilməsi istiqamətində işlərini davam etdirir.



