Dünya

"Barış pınarı": Suriyada 480 terrorçu məhv edildi

Barış pınarı: Suriyada 480 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib.

“Hurriyet” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.(Report)

D
demokrat.az