Gündəm Özəl

"Türkiyə Aİ-yə üzv olmaq fikrindən daşınmalıdır" — AÇIQLAMA

Türkiyə Aİ-yə üzv olmaq fikrindən daşınmalıdır — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birgə mətbuat konfransında iştirak edib. Fidan Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaqda qətiyyətli olduğunu vurğulayıb. O bildirib ki, rəsmi Ankara bu istiqamətdə səylərini davam etdirəcək: “Əsas problem odur ki, Aİ-də Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradə yoxdur. Bu, onların daxili məsələsidir. Amma əgər bu problem həllini taparsa, əlaqələrimiz inkişaf edə bilər”.

Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə son 50 ildir Aİ-yə daxil olmağa çalışır, ancaq Aİ hər dəfə göstərib ki, o, ittifaqa üzv ola biləcək dövlət deyil. Ekspert bunun səbəblərini də Demokrat.az-a açıqlayıb:

Türkiyə Aİ-yə üzv olmaq fikrindən daşınmalıdır — AÇIQLAMA
“Çünki Türkiyənin nə siyasi, nə iqtisadi imkanları buna yol verir, eyni zamanda fərqli dini və mədəni kimliyə sahib olması da onun Aİ-yə üzvlüyünü sual altına salır. Türkiyənin 5 faizi Avropaya yaxındısa, 95 faizi Yaxın Şərqə aiddir. Türkiyə Avropa üçün Yaxın Şərq ölkəsi olaraq qalmaqdadır. Türkiyənin Yaxın Şərqdə, Qafqazda aktora çevrilməsi də Aİ-yə üzvlüyünün qarşısını kəsir, çünki Aİ ölkəsi Avropa standartlarına ayaq uydurmalıdır, Türkiyə isə belə deyil.Bəli, Fidanın da dediyi kimi, Aİ ölkələrinin iradəsi yoxdur ki, Türkiyəni təşkilata qəbul etsinlər. Özü də bir diplomat kimi bilir ki, bunun həllinin tapılması da mümkün deyil. Heç buna ABŞ-də icazə verməyəcək. Aİ dövlətlərinin hər biri xristian dövlətləridir, müsəlman ölkəsini aralarında görmək istəmirlər. Türkiyənin getdikcə genişlənən sərbəst xarici siyasəti də buna mane olur. Düşünürəm ki, Türkiyənin Aİ-yə üzv olmaqda israr etməsinin də artıq mənası yoxdur. İllərdir açılmayan qapını döyməkdən vaz keçməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova