Dünya

Hakan Fidan yunanlı həmkarı ilə görüşdü

Hakan Fidan yunanlı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan yunan həmkarı Giorgos Gerapetritis ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında yayıb.

Görüş Brüsseldə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.

Xatırladaq ki, Türkiyə 5 illik fasilədən sonra sözügedən iclasa dəvət edilib.

NE
Nihadə Eyyubova