Şəkidə inəyə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Demokrat.az-ın məlumatına görə, həmin görüntülər araşdırılıb.
Heyvanla rəhmsiz rəftar edən şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğu müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.


