Dünya

Pakistan Hindistanın Baş nazirini İslamabada dəvət etdi

Pakistan Hindistanın Baş nazirini İslamabada dəvət etdi

Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Express Tribune” məlumat yayıb.

Məlumata görə, Pakistan səkkiz ildən sonra ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib. Qeyd edək ki, sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olundu, lakin sonra Hindistan tədbiri boykot etdi.

Qəzetin yazdığına görə, İslamabad və Yeni Dehli arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistanın baş naziri üzbəüz görüş əvəzinə ŞƏT-in qarşıdakı iclasında iştirakın virtual formatı ilə məhdudlaşa bilər.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova