Cennifer Lopez və Ben Afflek iki illik evliliklərini bitirərək boşanır.
Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, məşhur müğənni Cennifer Lopez çərşənbə axşamı Los-Anceles məhkəməsinə müraciət edərək boşanmaq üçün müraciət edib.
Mediada yayılan xəbərlərə görə, Lopez onunla hər hansı nikahdan əvvəl razılaşma olduğunu bildirməyib. Bu, ər-arvad arasında sərvətləri üstündə hüquqi davaya səbəb ola bilər.
Boşanma işi çərçivəsində məhkəmə cütlüyün maliyyə sənədlərinin, gəlirlərinin, xərclərinin, mülkiyyət sənədlərinin və borclarının bildirilməsini tələb edir.
Xatırladaq ki, əvvəlki xəbərlərdə cütlüyün Beverli-Hillzdəki villasını 65 milyon dollara satışa çıxardıqları və hər ikisinin nikah üzükləri olmadan göründüyü bildirilmişdi.
Mehriban Mirzəzadə Demokrat.az


