Dünya Özəl

Qəzzada ölənlərin sayı 41 minə yaxınlaşır

Qəzzada ölənlərin sayı 41 minə yaxınlaşır

İsrailin 320 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzzada ölənlərin sayı ən az 40 min 223-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində 4 hücum həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 124 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 223-ə, yaralıların sayının isə 92 min 981-ə yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova