Gündəm Özəl

Test imtahanları ləğv edilə bilərmi? — AÇIQLAMA

Test imtahanları ləğv edilə bilərmi? — AÇIQLAMA

"Test imtahanı müstəqillikdən sonra ali təhsilə qəbul üçün ən uyğun addımlardan biri idi. Çünki universitetlərə qəbul prosesində neqativ halların qarşısını almaq və o dövr üçün kifayət qədər inqilabi bir addım idi"

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib. O bildirib ki, hazırkı dövrdə test imtahanın ləğvi mümkün deyil:

“Gələcək zamanlarda testin ləğvi yox, testin formasının dəyişməsi və imtahan sisteminin formasının dəyişməsi ola bilər. Düşünürəm ki, ola bilsin ki, buraxılış imtahanı nəticələri orta məktəbin universitetlərə qəbul üçün bir sistemləşdirilə bilər. Məsələn, Amerikada və Kanadada liseyin, yəni orta məktəbin buraxılış notu, ümumi göstəricisi universitetlər tərəfindən qəbul olunur. Yəni burada qeyd etdiyim kimi, mütləq seçim olacaq. Seçim olarkən obyektiv olaraq müəyyən göstəricilərə baxılmalıdır. Bunun ən idealı orta məktəb buraxılış imtahan göstəricisidir və bunu da Dövlət İmtahan Mərkəzi bir sistemdən edir. Eyni mahiyyətdə təkrar olmaqdansa, düşünürəm ki, belə bir şey ola bilər. Amma hazırkı mövcud vəziyyətdə blok və buraxılış imtahanı bu ikisinin cəmi əvvəlki sistemə görə daha mütərəqqi sistemdir. Amma dediyim kimi, sistem müəyyən qədər dəyişib. Test sisteminin ləğvi, ənənəvi, şifahi imtahana keçid mümkün deyil.

Birincisi, bu sistemlə onun təşkili çox çətindir. İkincisi yazılı, Dövlət İmtahan Mərkəzi dillə əlaqəli inşa yazılıb, müəyyən bacarıq ölçür, amma onun yoxlanması günlər çəkir. Hazırda təhsilin ölçülməsinin ən dərin ki, məqbul yolu testdir.

Sadəcə sistem təkmilləşdirilə, çeşidləndirilə, abituriyentlərin biliyinin ölçülməsinin başqa alternativ yolları axtarıla bilər. gələcəkdə orta məktəbin akademik göstəricisi də əsas alına bilər”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova