Gündəm Özəl

"Meymunçiçəyi virusu artıq epidemiyaya çevrilib" — Professor

Meymunçiçəyi virusu artıq epidemiyaya çevrilib — Professor

Bu gün artıq meymunçiçəyi virusunun epidemiyasından söhbət gedə bilər. Çünki bu virus Konqoda böyük bir arealı əhatə edir və ölkə hüdudlarından da xeyli kənara çıxıb.

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, bu virus çiçəkkimilər və analoji viruslar qrupuna aiddir:

Meymunçiçəyi virusu artıq epidemiyaya çevrilib — Professor

“Təbii çiçək bilirsiniz ki, dünyanın 4 təhlükəli infeksiyasından biridir. Meymunçiçəyi virusu, təbii çiçək virusundan öz ağırlığı ilə geridə qalır. O daha yüngül gedişə malikdir. Amma hazırda virusun ikinci sterotipi var. Bu nisbətən mutasiyaya uğramış, əvvəlki ilə müqayisədə nisbətən ağır formasıdır. Meymunçiçəyi virusu keçən əsrin 70-ci illərində insanlara transfer edilib. Bunun bir neçə dəfə müəyyən epidemik ocaqları qeyd olunub. Hətta cinsi əlaqə ilə yayılmış forması Amerikaya qədər gedib çıxmışdı. Daha sonra isə bunun qarşısı alınaraq lokallaşdırıldı. Hazırki forması isə daha çox kontaktla yayılır. İnsanların bir-birinə təmas etməsi, dəriyə toxunmaq, yaxın məsafədə danışmaq və .s. kimi yoluxur. Xəstəlik 21 günə qədər gizli dövrə malik ola bilər. Xəstəliyin diaqnostikasına görə spesfik bir test yoxdur. İlk əlamətləri isə yüksək hərarət, halsızlıq, baş, bel ağrıları , ümumi zəiflik, əzginlik və dəridə ağ, sarı qabarların çıxması ilə xarakterizə olunur. Hazırda virusun lokallaşdırılması üçün ÜST fövqaladə vəziyyət elan edib. Hesab edirəm ki, bu tamamilə düzgün bir addımdır. Çünki virusun dünya ölkələrinə yayılması əlavə problemlər yaradacaq. Dediyim kimi, xəstəliyin xüsusi bir testi və dərmanı yoxdur. Düşünürəm ki, ÜST tövsiyələri ilə bütün ölkələr hərəkət etməli , keçid zonalarında nəzarət gücləndirilməli və xəstəliyə şüphəli bilinən əlamətlər dərhal izole olunmalıdır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova