Ermənistan ABŞ və Avropa İttifaqı ilə 5 aprel tarixində hərbi aktı imzaladıqdan sonra Azərbaycana qarşı daha aqressiv davranışlar ortaya qoyub. Təxribatların miqyası və intensivliyi son ay ərzində kifayət qədər artıb.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, buna səbəb ABŞ kontengentinin Zəngəzurda yerləşməsi , ABŞ-ın Ermənistana verdiyi hərbi dəstək və hətta ABŞ tərəfindən Ermənistan Müdafiə Nazirliyinə hərbi qulluqçuların müşavir kimi təyin olunmasıdır:
“Ermənistan sülhdən danışsa da, hazırda müharibə hazırlığındadır. Kifayət qədər ciddi sayda hücum silahları əldə edib. Bütün bunlar isə Ermənistanın artıq eskalasiya yaratmaq üçün əlindən gələni etdiyini göstərir. Bu fəaliyyətlərin qarşısını almaq üçün biz çox da dərindən düşünməməliyik. Düşmən ilə onun anladığı dildə danışmalıyıq. Atəş açılan nöqtələri darmadağın etməliyik. Həmin ərazilər bizim üçün strateji və ya operativ əhəmiyyət daşıyırsa, həmin ərazilərdə Azərbaycan əsgərini və bayrağını yerləşdirməliyik. Ermənistan tərəfi ilə mütləq anladığı dildə danışmalıyıq. Atəş açdığı anda elə bir cavab zərbəsi endirilməlidir ki, əks tərəfin atəş açdığı mövqedə tozdan başqa heç nə qalmasın”.
Mehriban Mirzəzadə Demokrat.az


