Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Demokrat.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° isti gözlənilir.


