Türkiyədə yaranan, ölkəmizlə paralel digər dövlətlərlə əməkdaşlıq edən və elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol platforması özündən xeyli söz etdirməkdə davam edir. Bu platforma təklif etdiyi xidmət sahəsində özünəməxsus bir çox xüsusiyyətlərə malikdir. Platformada bazar xidmətindən tutmuş ikinci əl məhsul satışına qədər bir çox digər qida və oxşar xidmət sektorlarında fəaliyyət göstərir.
Son dövrlərdə ölkəmizdə satışı xeyli artan Trendyol haqqında bəzi mənfi fikirlər söylənilməyə başlayıb. Bu baxımdan əhali bir çox problemlərlə, məhsulun yalnış ünvana çatdırılması, keyfiyyətsiz gələn məhsulların üstünlük təşkil etməsi, ödədikləri pulun geri qaytarılmaması və s. bu kimi məsələlərlə üzləşir.
Mövzu ilə bağlı Manset.az--a açıqlama verəniqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, professorEmin Qəriblibildirib ki, insanlariqtisadi proseslərlə bağlı hər hansısa bir problemlə qarşılaşan zaman sahə üzrə ekspertlərə müraciət etsinlər:

"Hazırda dünyanın bir çox ölkələrində devalivasiya baş verir. Bu səbəbdən Trendyol və digər alış-veriş platformalarında mövcud qiymətlərdə artma və ya azalma olması normaldır. Amma bəzən sifariş edən zaman ünvanların səhv düşməsi halı ilə də qarşılaşmaq mümkündür. Burada birbaşa Trendyolu günahlandırmaq düzgün olmazdı. Çünki Trendyol və müştəri arasında çatdırılma xidmətləri mövcuddur. Həmin xidməti göstərən şirkətləri isə müştəri özü təyin edir.Bu zaman bəzi insanlar qiymətin daha aşağı olması üçün tanınmayan, reputasiyası aşağı olan şirkətlərə üz tuturlar, bu isə öz növbəsində müxtəlif problemlər yaradır. Buna görə də çatdırılma xidməti seçən zaman müştəri onun reputasiyasını, ümumi müştəri sayını, göstərdiyi xidmətin keyfiyyətini diqqətlə araşdırmalıdır. Əks halda yaxşı nəticə gözləmək mənasızdır. Sözsüz ki, gələn məhsulun özündə də problem ola bilər, bu zaman həmin məhsulun qaytarılmasında və ya dəyişdirilməsində birbaşa Trendyol özü məsuliyyət daşıyır".
Emin Qəribli bildirib ki, əgər məhsulun keyfiyyətində hər hansı bir problem varsa və bu həll olunmursa məsələni mütləq işıqlandırmaq lazımdır:



