İqtisadiyyat Özəl

Ərzaq məhsulları ucuzlaşa bilər?

Ərzaq məhsulları ucuzlaşa bilər?

Son zamanlar bazar, market, supermarket və hipermarketlərdə ərzaq məhsullarının qiymətində çox ciddi artım müşahidə etmək olar. Bu insanların narazlığına səbəb olsa da, məsələ dəyişməz olaraq qalır və hətta, qiymətlər daha da artır. İnsanların büdcəsi aylıq ərzaq tədarükü görməyə yetmir. Əvvəllər 50 və 100 manatla 1 aylıq ərzaq almaq olurdusa, hazırda bu qeyri-mümkündür. Bəs qiymətlər niyə enmir?

Ümumiyyətlə ərzaqların ucuzlaşması gözləniləndir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisad ekspertdi Natiq Cəfərli bildirib ki, Azərbaycanda fundamental və iqtisadi nəzəriyyəyə yönəlik yanaşsaq ərzaq qiymətlərinin enməsi üçün iki yol var:

Ərzaq məhsulları ucuzlaşa bilər?

“Birinci yol odur ki, daxili istehsal artmalı, bolluq olmalı, çoxlu aqrar-kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları istehsal edilməli, bazara çıxmalıdır ki, bolluq olsun və iqtisadi nəzəriyyəyə görə qiymətlər ensin. Təəssüf ki, bu çox qısa zamanda mümkünsüz görünür. Çünki olsaydı, bu illər ərzində baş verərdi. Digər məsələ isə həmən həll oluna biləcək və bu gün hətta tətbiq oluna biləcək yoldur. Sadəcə, bunun üçün Nazirlər Kabinetinin qərarına ehtiyac var. Biz bunu dəfələrlə təklif etmişik. Azərbaycanda ərzaq məhsullarına tətbiq edilən əlavə dəyər vergisi 18 %-dən 2 %-ə endirilməlidir. Yəni ciddi şəkildə endirim olmalıdır. Həm ərzaq məhsulları, həm də dərman preparatları. Bunlar insanların dolanışığına, sağlamlığına birbaşa təsir edən məsələlər olduğundan, burada Nazirlər Kabineti belə bir qərar verə bilər. Əgər ərzaq məhsullarının və dərman preparatlarının əlavə dəyər vergisi ədvc, yəni 18 %-dən 2%- ə salınsa, ölkədə inflyasiya da dayanar, hətta nəzərə çarpacaq və hiss olunacaq dərəcədə ucuzlaşma da ola bilər”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova