Dünya Özəl

İsraildən növbəti sui-qəsd — HƏMAS təsdiqlədi

İsraildən növbəti sui-qəsd — HƏMAS təsdiqlədi

HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının yüksək səviyyəli simalarından biri olan Haitham Balidi İsrailin pilotsuz təyyarəsinin maşınına hücumu nəticəsində həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu Tülkərimin şimalındakı Attil və Zeyta qəsəbələrini birləşdirən yolda bir avtomobilə pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu həyata keçirib.

İki raketlə vurulan avtomobil yanıb, içərisində olanlar isə yanaraq ölüb.

Tülkərimdəki Sabit Sabit Dövlət Xəstəxanasındakı mənbələr hücumdan sonra xəstəxanaya yanmış 5 cəsədin gətirildiyini və onlardan birinin Tülkərim Qaçqın Düşərgəsindən olan 25 yaşlı Heysem Nurəddin Bıley olduğunu açıqlayıb.

Bileydinin HƏMAS-ın Tulkərimdəki hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandirlərindən biri olduğu paylaşılıb.

Tülkərimdəki milli fəaliyyət qrupları hücumdan sonra ümumi tətil və matəm elan edib.

İsrail ordusu ilk açıqlamasında sözügedən avtomobildə silahlı müqavimət döyüşçülərinin olduğunu bildirib. Digər tərəfdən İsrail qüvvələri Şərqi Qüdsün İsaviyyə bölgəsinə basqın zamanı fələstinlilərə və onların evlərinə canlı güllə, gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan atəş açıb. Qarşıdurmalarda 3 fələstinli yaralanıb.

Beytüllahmın qərbindəki Husan kəndində hərbi maşınlarla həyata keçirilən basqında 16 yaşlı uşaq, Nablusda isə 4 fələstinli nəzarətə alındı.

Zəhra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova