Gündəm Özəl

Fransa Olimpiya Xartiyasına əməl etmədi — Vüqar Zeynalov

Fransa Olimpiya Xartiyasına əməl etmədi — Vüqar Zeynalov

Xəbər verdiyimiz kimi, iyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib. Gənclər və İdman Nazirliyindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib. Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Həmçinin, Nazirlikdən Fransa hökumətinin də Azərbaycandan rəsmi şəkildə üzr istəməsini gözlədiyi vurğulanıb.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Azerisport.com saytının direktoru Vüqar Zeynalov bildirib ki, Fransa Olimpiya Xartiyasına əməl etmədi.

“Açılışda Fransa kanalı erməniləri dost adlandırdı. Guya Qarabağın onların torpağı olduğunu, Azərbaycanın onu zəbt etdiyini edi. Bu hadisədən sonra Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi açılışdan 2 gün sonra ayın 28-i bəyanat yaydılar. Bildirdilər ki, Beynəlxalq Olimpiya Komitəsi və Fransanın kanalı Azərbaycandan üzr istəməlidir. Hazırda 2-3 saat bundan qabaq Beynəlxalq Olimpiya Komitəsinin məktəbu nazirliyə və Olimpiya Komitəsinə daxil olub. Üzr istəyiblər və hadisənin düzgün olmadığını bildiriblər. Çünki Olimpiya Xartiyası deyilən bir şey var. Olimpiya oyunlarında heç bir ölkənin nümayəndəsi siyasətlə məşğul olmur.

Lakin Fransızlar bunu etdi. Biabırçılğın bir hissəsi onda ibarətdir ki, Beynəlxalq Olimpiya Komitəsi üzürxahlıq etdi, amma Fransada tədbir təşkilatçıları, o kanalın rəhbərliyi bu məsələyə reaksiya vermədilər. Burada ikiüzlü oyun oynadıqlarını sübut etdilər. Azərbaycanda da beynəlxalq yarışlar olub. Avropa oyunları, İslam oyunları və s. Biz heç vaxt ikitərəfli oyun oynamamışıq. Hətta biz o vaxt Ermənistanın idmançıları da gələndə onlara qarşı düşmən mövqe göstərməmişik. Çünki yarış zamanı bunu etmək olmaz. Biz 4 il bundan qabaq 44gün sürənVətən Müharibəsizamanı nə lazımdısa etmişik. Amma idman zamanı, üstəgəl Olimpiya Oyunlarında heç vaxt birtərəfliliyi, “bu mənim dostumdur, o mənim düşmənimdir” şəklində göstərmək olmaz”. Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova