Dünya Özəl

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb və iki Moldova rəsmisinə qarşı dövlətə xəyanət ittihamı ilə bağlı yerli mətbuatda məlumat yayıldıqdan sonra etiraz notası təqdim edilib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Rusiya səfiri etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - XİN mətbuat xidmətindən TASS-a bildiriblər.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova