Dünya

Bütün sərhədlər və qırmızı xətlər dağılıb — Siyasi təhlilçi

Bütün sərhədlər və qırmızı xətlər dağılıb — Siyasi təhlilçi

Qəzzada dağıdıcı müharibədə bütün sərhədlər və qırmızı xətlər dağılıb.

Demokrat.az xəbər verir ki, bunu X platformasındakı hesabında iranlı siyasi təhlilçi Əhməd Zeydabadi yazıb.

O, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə dair qeydində vurğulayıb: Klinikalar

"Göründüyü kimi, Qəzzada dağıdıcı müharibədə bütün sərhədlər və qırmızı xətlər dağılıb. Qırmızı xətti olmayan dünyada insan həyatı üçün heç bir təhlükəsizlik səviyyəsi nəzərdə tutula bilməz.

Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi həm çox alçaq, həm qəddar bir hərəkət, həm də son dərəcə təhlükəli bir hadisədir.

Bu sui-qəsdin yaratdığı sarsıntı aradan qaldırılmayana qədər hadisənin ölçülərini düzgün və dəqiq təhlil etmək mümkün deyil".

NE
Nihadə Eyyubova