Siyasət

Böyük Britaniyanın səfiri Hidayət Heydərovu təbrik etdi — FOTO

Böyük Britaniyanın səfiri Hidayət Heydərovu təbrik etdi — FOTO

Böyük Britaniyanın səfiri Ferqus Auld Azərbaycan cüdoçusu Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə britaniyalı diplomat X sosial şəbəkəsində yazıb.

“Qızıl medallar siyahısına xoş gəldin, Azərbaycan! Bu idman növünün həvəskarı kimi bilirəm ki, bir fənd qələbəyə gətirib çıxara bilər. Təbrik edirik!”, deyə o, qeyd edib.

Xatırladaq ki, Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı Con Benjamin Qabanı məğlub edərək qızıl medal qazanıb.

Böyük Britaniyanın səfiri Hidayət Heydərovu təbrik etdi — FOTO

NE
Nihadə Eyyubova