ABŞ-da noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasının namizədi Kəmalə Harrisin mümkün vitse-prezident namizədinin kim olacağı müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, Kəmalə Harris onun kimi baş prokurorluqdan gələn üç nəfərdən birini vitse-prezidentliyə namizəd kimi nəzərdən keçirdiyi bildirilib.
Qeyd olunub ki, Kaliforniyanın keçmiş Baş prokuroru Harrisin özü kimi hüquq təcrübəsi olan birini müavini kimi görmək istəyir.
Belə ki, Demokratlar Partiyasında vitse-prezidentlik üçün düşünülən keçmiş baş prokurorlar var: Şimali Karolina qubernatoru Roy Kuper, Kentukki qubernatoru Endi Beşar və Pensilvaniya qubernatoru Coş Şapirodur.
Harrisə yaxın mənbələr qəzetə bildiriblər ki, çox güman ki, seçim zamanı “Harrisi ideoloji cəhətdən balanslaşdıracaq” birinə üstünlük veriləcək.
Baş prokuror olduğu müddətdə Harrisin müşaviri olmuş Daniel R. Suvor, Roy Kuperin Kamala Harrisə yaxın olduğunu və baş prokuror olarkən banklarla ipoteka danışıqlarında birlikdə hərəkət etdiklərini bildirib.
Qubernator Coş Şapiro, kritik yelləncək ştatlarından biri olan Pensilvaniyada Demokrat Partiyasının qalib gəlməsinə kömək edə biləcək bir ad olaraq görülür.
46 yaşlı Kentukki qubernatoru Endi Beşar da mühafizəkarların qalalarından biri olan ştatda ardıcıl seçkilərdə qalib gəlməklə diqqətəlayiq uğur qazanıb və sorğulara görə, o, ölkənin ən populyar Demokratik qubernatorudur.
Əfsanə Rəcəb Demokrat.az


