Siyasət

Əli Əsədov Pezeşkianın andiçməsinə gedir

Əli Əsədov Pezeşkianın andiçməsinə gedir

İranın yeni prezidenti Məsud Pezeşkian dünən - bazar günü Prezident Adiminstrasiyasına gələk rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, Pezeşkianın Prezident Adiminstrasiyasının binasına daxil olarkən Qurani-Kərimin altından keçməsi diqqət çəkib.

O, Qurani-Kərimdən ayə oxuyaraq prezident kürsüsündə əyləşib.

Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib ki, yeni prezident iyulun 30-da günortadan sonra and içəcək.

Andiçmə mərasiminə 70-dək xarici nümayəndə heyəti də qatılacaq.

Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədovun təmsil edəcəyi gözlənilir.

NE
Nihadə Eyyubova