Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisində körpü güclü sel səbəbindən uçub.
Bu səbəbdən Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Demokrat.az xəbər verir ki,Quba FHK sədri Tariyel İbrahimovfaktı təsdiqləyib.
Onun sözlərinə görə, yeni körpü inşa olunana qədər 6 kəndin əhalisi və turistlər Xınalıq və bu istiqamətə yeni çəkilən Xınalıq-Susay-Alpan yolundan istifadə edə bilərlər.
"Əlik körpüsünün uçmasına səbəb intensiv yağışların gətirdiyi güclü seldir" - deyə T.İbrahimov vurğulayıb. (Bizim.Media)





