Gündəm Özəl

Dünya aclıq təhlükəsi ilə üz-üzə: Temperatur 35 dərəcəni keçərsə..

Dünya aclıq təhlükəsi ilə üz-üzə: Temperatur 35 dərəcəni keçərsə..

BMT-nin baş katibi Antonio Quterreş brifinqdə qlobal istiləşmədən danışıb. Quterreş Yer kürəsində milyardlarla insanın isti epidemiyası ilə üz-üzə olduğunu bildirib. Baş katibin sözlərinə görə qlobal istilər insanlar və planet üçün böyük təhlükəyə çevrilir.

Ekoloq Rövşən Abbasov da Demokrat.az-a açıqlamasında həddindən artıq istilərin bəşəriyyətə dəyən fəsadlarının artdığını deyib:

Dünya aclıq təhlükəsi ilə üz-üzə: Temperatur 35 dərəcəni keçərsə..

“Bu proses qlobal miqyasda iqlim dəyişmələri adlanır və təsiri kompleksdir. İlk növbədə temperaturun artması fonunda yağıntıların azalması müşahidə olunur. Bu, kənd təsərrüfatında bitkilərin məhsuldarlığına ciddi təsir edir və dünyanı aclıq təhlükəsi qarşısında qoyur. Yağıntıların azalması suya əlçatanlığı da azaldır, insanların su ilə təminatında getdikcə problemlər yaranır. 35 dərəcədən çox temperaturda istilik dalğaları mütəmadi olaraq müşahidə olunur, bu da xəstə insanlar üçün daha ağır nəticələrə gətirib çıxarır. İstiliyin artması həm də ekstremal təbiət hadisələrinin baş verməsini səbəb olur. Bu, temperaturun həddən artıq çoxalması və azalması deməkdir”.

Törə Zeynallı Demokrat.az .

NE
Nihadə Eyyubova