"Azərbaycanla Ermənistan arasında sülhün bağlanması üçün hazırda ən ideal zamandır"
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O bildirib ki, ancaq bəzi maneələri aradan qaldırmaq lazımdır:

“Porblemlərdən biri Ermənistan konstitutsiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Bu da Azərbaycan üçün qəbul olunmazdır. Azərbaycan bu səbəbdən Ermənistana dəfələrlə xəbərdarlıq edib. Əgər onlar sülh istəyirsə, mütləq şəkildə konstitusiyanı dəyişməlidir.”
Ekspert bildirib ki, Ermənistan tərəfi Azərbaycanın haqlı olduğunu qəbul edib:
“Bununla bağlı komissiya konstitusiyanın dəyişməsi üçün göstəriş verib. Paşinyan da bunu təsdiq edib ki, mən Azərbaycan tərəfindən möhlət istəmişəm. Və 2027-ci ilə qədər konstitutsiyada dəyişiklik öz həllini tapacaq.”
Sona xanım Demokrat.az


