Sosial Özəl

Bazarda GMO kartof satılır? — AÇIQLAMA

Bazarda GMO kartof satılır? — AÇIQLAMA

“Ötən il müxtəlif səbəblərdən ölkədə kartofun qiyməti ucuzlaşdı. Kartof bol idi, əsasən də Cəlilabad rayonunda. Kartofun qiyməti ilin birinci yarısında ucuzlaşdığına görə bu il kartof əkənlər əkin sahələrini 50 faiz azaldıblar. Hazırda bazarda yerli kartof azdır”.

Bu faktı Demokrat.az-a iqtisadçı ekspert Akif Nəsirli açıqlayıb.

Bazarda GMO kartof satılır? — AÇIQLAMA

Onun sözlərinə görə Azərbaycanda kartof cənub və şimal rayonlarında çıxarılır:

“İlin birinci yarısında kartof cənubda yetişir, ikinci yarısı isə şimalda. Bu il məhsuldarlıq ötən illə müqayisədə 10-15 faiz aşağıdır. Kartof sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi bazarda qıtlığa səbəb olub. Şimal zonasında kartofun yetişmə dövrü başlayıb. Tovuz, Gədəbəy, Şəmkir rayonlarında əkilən kartof yaxın günlərdə bazara çıxarılacaq. Düşünürəm ki, ilin ikinci yarısı kartof bazarlarda daha çox olacaq”.

Ekspert Azərbaycanda geni modifikasiya olunmuş kartofların satıldığını deyib:

“Bu kartoflar həm xaricdən gətirilir, həm də toxumunu alıb ölkədə yetişdirirlər. GMO məhsulların idxalı “Qida Təhlükəsizliyi haqqında” Qanuna əsəsən qadağandır. Belə kartoflar və digər meyvə-tərəvəzlər elmi tədqiqat məqsədilə idxal oluna bilər, istehlak üçün deyil. Bu məhsulların yetişdirilməsi də qadağandır.

Əgər bazarda belə məhsula rast gəlinərsə, satıcı və idxalçı məsuliyyətə cəlb olunmalıdır. Bazarda hibritləşdirilmiş, seleksiya yolu ilə formalaşdırılmış kartoflar ola bilər ki, onların dadı yerli kartofun dadını vermir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az