Gündəm Özəl

Məktəbəqədər təhsil müəssisələrinə qəbulu həyata keçirmək üçün sistem işləmir? — RƏSMİ AÇIQLAMA

Məktəbəqədər təhsil müəssisələrinə qəbulu həyata keçirmək üçün sistem işləmir? — RƏSMİ AÇIQLAMA

Redaksiyamıza daxil olan müraciətlərə əsasən, 2024–2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesini həyata keçirmək üçün yaradılan sistem işləmir. Sistemə daxil olduqda “2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə qrupların komplektləşdirilməsi bağlı elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılmışdır” (https://www.bq.edu.az/) deyilir.

Bəs, bu halda uşaqlar necə qeydiyyatan keçsinlər?

Demokrat.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxlayıb.

Bəşarət Məmmədov bildirib ki, valideynlər ümumi təhsil müəssisələrindəki məktəbə hazırlıq qrupları ilə bağçalara qeydiyyatı səhv salıblar:

“Bu gün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb. Qeydiyyatmektebeqebul.edu.az üzərindən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına aparılır”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova